Şou-biznes

Mina Şuşalı ərindən YAZDI: “Yaraşıqlı, varlıdır” - FOTO

2 Oktyabr 2022 20:16
Baxış: 2 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mina Hüseyn paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi sosial şəbəkə hesabında Şuşalı həyat yoldaşının sinəsinə başını qoyduğu selfisini izləyiciləri ilə bölüşüb.

Mina paylaşımına "Bu, ərimdir. Yaraşıqlı, varlı. Qısqananlar çatlasın" türk dilində şərh yazıb.

O yenə də fotoda ərinin üzünü gizlədib.

Qeyd edək ki, Mina Hüseyn martın 30-da nikahından foto paylaşaraq, "Nikahımız" qısa şərhi ilə ərə getdiyini təsdiqləyib. Bundan sonra müğənni sosial şəbəkə səhifəsində bütün fotolarını silib.

Bir neçə həftə əvvəl isə müğənni həyat yoldaşının türk vətəndaşı deyil, Şuşalı olduğunu bildirib. Mina, həmçinin hamiləlik iddialarını da yalanlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.