Xalq artisti Röya Ayxan mərhum müğənni Rəhim Rəhimlinin məzarını ziyarət edib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında foto paylaşıb. Röya ifaçının dəfn edildiyi Bülbülə qəbiristanlığına yollanaraq, onun məzarı üstə əklil qoyub.
"Səninlə tək vidalaşmaq istədim...Kimsəyə ziyanın dəymədi... Özündən başqa. Çox heyif", - deyə, ifaçı paylaşımına yazıb.
Xatırladaq ki, R.Rəhimli 30 sentyabr gecə saatlarında ürək tutmasından vəfat edib.
Milli.Az