Şou-biznes

Bred Pitt gənc qalma sirrini satışa çıxaracaq

24 Sentyabr 2022 15:52
Baxış: 715
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə ay sonra 59 yaşı tamam olacaq Hollivud ulduzu Bred Pitt gənc qalmağının sirrini açıqlamağa hazırlaşır. 

Milli.Az olay-a istinadən xəbər verir ki, aktyorun sirrini bilmək insanlara heç də ucuz başa gəlməyəcək. Belə ki, Bred kosmetika biznesi qurmaq planlaşdırır.

O, kişilərin də, qadınların da istifadə edə biləcəyi dəri yaşlanmasının qarşısını alan vasitə istehsal edəcək. Kosmetik vasitənin tərkibi aktyorun 2008-ci ildə Ancelina Coli ilə birlikdə satın aldığı Miraval sarayının bağında yetişən üzümlərlə, zeytun yağı ilə hazırlanacaq. Qiyməti isə çox baha olacaq.

Onun kosmetik dəsti dəri təmizləmə suyu, duru krem, krem, seriumdan ibarət olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.