"Səsləri, geyimləri də kasaddır, oxumaq üçün səhnəyə çıxmırlar ki" - Xalq Artisti həmkarlarını tənqid etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Elə müğənnilər var ki, onların səsi oxumaq səsi deyil. Yadımdadır ki, Firudin Şuşinskinin bir kitabı çıxmışdı. Bir sənətkar haqda yazmışdı ki, "onun oxumağından qadın iyi gəlir". Kişinin kişi səsi olar, kişi kişi kimi oxumalıdır. Kişi bass, bariton və tenorda oxumalıdır. İndiki səslər hamısı bir-birinin təkrarıdır. Ona görə də heç birini ayırd etmək olmur, bir-birinə oxşayır. Rəşid Behbudovun, Bülbülün səsi 100 səsin içindən seçilir".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Zaur Rzayev deyib. O daha sonra əlavə edib.
"Bu gün Mirələm, Ehtiram, Təyyarın oxumağına qulaq asıram. Onların səsləri gözəldir. Bəzi səslər var ki, insanların zövqünü korlayır. Gözəl səsləri də kölgədə qoyur. Bəzən yutub sosial şəbəkəsinə baxıram. Görürəm ki, Rəşid Behbudovun mahnısı 1 milyon, oradakı uşaqın mahnısı 100 milyon baxış toplayıb. Bunun özü böyük bir fəlakətdir. Müğənnilərin nəinki səsləri, geyimləri də kasaddır. Saqqal saxlayır, gözünə eynək taxır və tanınmaq istəyir. O eynəkdə səni axı kim tanıyar?! İndi oxumaq üçün səhnəyə çıxmırlar ki. Fikirləşirlər ki, qoy məni görüb tanısınlar, ora-bura çağırsınlar, geyimlərini göstərirlər. Çünki sənət yoxdur, səs yoxdur! Bəzi müğənnilər də efirlə yas mərasimlərini səhv salıblar. Yas mərasimlərində oxuduqlarını efirdə oxuyurlar" deyə sənətkar bildirib.
Zaur Rzayev daha sonra 20 ildən artıq çalışdığı "Zabitlər evi"-ndəki fəaliyyətindən danışıb.
"22 il sərasər dayanmadan, qüsursuz orada çalışmışam. O vaxtı təşəbbüs irəli sürdüm ki, cəbhəyə konsertlərə gedək. Bir çox torpaqlarda olmuşuq. Avobusu ərzaqla doldurub gedirdik. O vaxt ordumuz da natamam idi, amma buna baxmayaraq vətənpərvər oğullarımız çox idi. Sonra mənə dedilər ki, gəl elə Zabitlər evində işlə. 1994-cü ildən Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblına qəbul oldum. Ayda bir dəfə bir böyük sənətkarı həbçilərlə görüşdürürdüm, görüş keçirirdim, onları hərbi hissələrə aparırdım" deyə sənətkar bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir - (Canlı yayım/Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək





