Şou-biznes

Aysun: "Mən zibil yeyirəm burada?" - VİDEO

8 Sentyabr 2022 15:56
Baxış: 2 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, "Instagram" hesabında "Wolt" qida çatdırılma şirkətini xeyli tənqid edib.

A. İsmayılovaya sifariş etdiyi yeməyi arzuolunmaz şəkildə gəlib çatıb:

"Bir çoxumuz Azərbaycanda yeməyi "Wolt"dan sifariş edirik. Biz də sizin kimi elə "Wolt"dan sifariş etdik. Sifarişi elə bir gündə gətiriblər ki, bərbad gündədir. Yəni, sos bütün tökülüb içinə, telefona da cavab vermirlər. Adamla elə kobud danışırlar ki, elə bil dədələrinə borcumuz var. 

Əlavə olaraq da, orada kuryer 40 dəqiqədir restorandan çıxıb, 40 dəqiqəni 18 dəqiqədir yazıb. Bu nədir? Bu, necə sifariş gətirməkdir? Mən zibil yeyirəm burada? Bu nə deməkdir, başa düşmürəm..."

Qeyd edək ki, Aysun İsmayılova müğənni Rəqsanə İsmayılovanın qızıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.