Şou-biznes

PRoMete faciədə ayağı kəsilən anasından yazdı - FOTO

25 Avqust 2022 10:34
Baxış: 1 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Repçi PRoMete (Pərviz İsaqov) ötən il ayağını itirən anası ilə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi valideyni ilə fotolarını sosial şəbəkədə bölüşərək onun artıq ayaqüstə durduğunu bildirib:

"Anam 9 aydan sonra ayaqüstədir, özü gəzir".

Qeyd edək ki, repçinin anasının başına bu hadisə ötən ilin noyabrında gəlib. Güclü külək nəticəsində binanın həyətindəki ağac sənətçinin anasının üzərinə aşıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib. PRoMetenin sözlərinə görə, hadisə ilə bağlı Yasamal rayon prokurorluğu məsələni həll etməyib və rədd cavabı verib. Buna baxmayaraq qarşı tərəf  işin yenidən məhkəməyə çıxarılmağına hazırlıq görür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.