Şou-biznes

Maykl Ceksonun övladları Beverli Hillsdə görüntüləndi

21 Avqust 2022 17:22
0 Şərh     Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum amerikalı pop müğənni Maykl Ceksonun övladları, 24 yaşlı Peris və 25 yaşlı Prins Beverli-Hillsdə keçirilən qala gecəsinə qatılıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Beverli-Hillsdə "Harold & Carole Pump" Fondunun qalası keçirilib. Tədbirdə bir çox ulduzlar iştirak edib. Bacı və qardaş əl-ələ tutaraq fotoqraflara poza veriblər.

Prins və Peris Maykl Ceksonun Debbi Rou ilə evliliyindən dünyaya gəlib. Musiqiçi 1996-cı ildə Elvis Preslinin qızı Liza-Maridən boşandıqdan dərhal sonra keçmiş tibb bacısı ilə evlənib. 1999-cu ildə onların nikahı ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.