Şou-biznes

"Hətta 40 yaşında ailə qurmağı düşünürəm" - Zümrüddən izləyicilərə CAVAB - FOTO

17 Avqust 2022 18:45
0 Şərh     Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zümrüd Bədəlova sosial media hesabında izləyicilərinin suallarını cavablandırıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, o, maraqlı cavablarıyla diqqət çəkib.

Aparıcının "İnstagram" səhifəsinin "Hekayələr" bölməsində paylaşdığı bir neçə cavablarını təqdim edirik:

- Həyatınızın ən gözəl günü hansıdır ki, o günü unuda bilmirsiniz?
-Bütün özəl anlarım qızımla bağlıdır. Onun dünyaya gəldiyi gün yaşadığım qəribə hissi heç vaxt unutmaram.

- Oğlun olsa, adını nə qoyardın?
- Oğlumun olmağını nədənsə istəməmişəm. Bəsimdir.

- Əvvəlki Zümrüd üçün darıxmışam. Son vaxtlar üzünüzdə etdikləriniz sizi çox dəyişib.
- Axı mən qlobal bir dəyişim etməmişəm. İndi qadınların iynə ilə, gel ilə etdiklərini mən üzümə əlavə qatqı vurmamaq üçün əməliyyatla etmişəm və halımı da çox sevirəm.

- Həyatda dəlicəsinə sevmisiniz?
- Həyatda ən gənc yaşlarında sevirsən və o sənin ilk və son məhəbbətin olur.

- Bu cür gözəl xanımsınız. Ailə həyatı qurmağı düşünürsünüz?
- Belə suallar niyə bu qədər maraqlıdır axı? Bəli. Yaşa dolduqca düşünürəm. Hətta 40 yaşında mənə ruhuma uyğun təklif olsa, ailə qurmağı düşünürəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.