Şou-biznes

Cennifer Lopez və Ben Afflek gizli olanı aşkar etmək qərarına gəldilər - FOTO

17 Avqust 2022 17:15
0 Şərh     Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Cennifer Lopez və aktyor Ben Afflek gizli şəkildə keçirdikləri toylarından bir ay sonra ikinci toy etməyə hazırlaşırlar. Ancaq bu dəfə üç gün, üç gecə, özü də təmtəraqlı şəkildə.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Page Six" öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, cümə günü (avqustun 19-u) Lopez və Ben Afflek şam yeməyi planlaşdırıblar. Tədbirin özü şənbə günü baş tutacaq, bazar günü isə yeni evlənənlər manqal şənliyi üçün dostlarını və qohumlarını toplayacaqlar.

Toyun keçiriləcəyi yer Afflekin Raysborodakı (ABŞ, Corciya ştatı) malikanəsi olacaq. Tədbir əvvəllər Opra Uinfri, Maykl Cordan və digər ulduzlar üçün mərasimləri təşkil edən Kollin Koui tərəfindən hazırlanacaq. Onun xidmətləri 25 milyon dollara başa gəlir.

Qonaqlar arasında Ben Afflekin kiçik qardaşı Keysi, həmçinin cütlüyün çoxsaylı dostları, o cümlədən Mett Deymon, Cimmi Kimmel və Drea de Matteo olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.