Şou-biznes

Müğənninin toyunda havaya atəş açıldı, tənqid olundu - VİDEO

10 Avqust 2022 17:07
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Türkiyəli müğənni Nihat Doğan iranlı pərəstişkarı Arzu adlı xanımla evlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ifaçının toyundan olan görüntülər yayılıb. Videolarda qonaqların rəqsi zamanı havaya silahla atəş açıldığı görünür. Atəşi açan şəxsin əvvəlcə Nihata yaxınlaşaraq onun razılığını aldığı da diqqətdən yayınmayıb. İzləyicilər çox sayda qonaqların və uşaqların olduğu yerdə bu hərəkətin edilməsini birmənalı qarşılamayıblar.

Görüntülərə "Uşağını götürərək oradan uzaqlaşan ana vəziyyətin ciddiliyini göstərir. Bitmədi, bu toylardakı silahla atəş açmaq kimi axmaq "adət", "Necə də lazımsız bir hərəkət", "Hər kəs özünə yaraşanı edir. Nihatdan da ancaq belə axmaqlıq gözlənərdi", "Düz uşağın yanında edirlər, rəzillik" kimi tənqid dolu şərhlər yazılıb.

Qeyd edək ki, Arzu Doğan 3 aylıq hamilədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.