"Gəlinlər ailəsini atıb Bakıda yaşamaq istəyir, mən rayona kişi axtarmağa getmirəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Səsləndirdiyim fikirləri hamıya şamil etməmişəm. Soğan yeməmisiniz, içiniz niyə göynəyir? Rayondan Bakıya axın edən gənclər televizorlarda sosial verilişlərə baxsınlar. Görsünlər ki, cavan xanım, gəlin ailəsini, uşağını atıb, gəlir Bakıya. Soruşursan ki, "Nə işin sahibisən?" cavab olaraq "Heç bir işin sahibi deyiləm. Rayonda qalmaq istəmirəm, Bakıda yaşamaq istəyirəm" deyir. Ailən, uşağın rayonda, Bakıda qalmağa yeri yoxdur, bəs paytaxtda nə axtarırsan? Bu sualı açıq şəkildə canlı efirdə ifadə edə bilmədim".
Milli.Az xəbər verir ki, bu barədə aktrisa Sonaxanım Əliyeva bizim.media-nın əməkdaşı ilə söhbətində danışıb.
Sənətçi "Gəl danış" ictimai-sosial verilişdə söylədiyi "Bölgələrdə yaşayan cavanlar, istər qız olsun, istərsə də oğlan, elə bilirlər ki, sanki Bakıya bal yaxıblar...
Burada özümüzün nəfəs almağa havamız qalmayıb. Rayondan gələn cavanlar paytaxtda həddən artıq çoxdur. İşləməkdən çox avaraçılıq edirlər" fikirlərinə belə münasibət bildirib.
"Bölgələrdən ağıllı, kamallı cavanlar var ki, Bakıya gəlib, universitetlərdə təhsil alırlar, eyni zamanda işləyirlər. Onları çox dəstəkləyirəm, düz edirlər. Amma heç nə bacarmayıb, qalmağa da yeri olmayanların Bakıya gəlmələrinə qarşıyam. Gedin, oturun ailənizin yanında. Bir neçə sosial verilişlərdə ekspert qismində iştirak edirəm. Gözümün önündədir hər şey. O qədər gəlinlər var ki, ailələrini atırlar üz tuturlar verilişlərə, deyirlər ki, "Rayona qayıtmaq istəmirəm, Bakıda qalmaq istəyirəm. Mənə burada iş tap". Sənə iş tapanamsa, elə gedib özümə iş taparam da".
Sonaxanım ifadələrinə görə sosial şəbəkə əhli tərəfindən qınaq obyektinə çevrilməsinə də belə reaksiya verib:
"Sosil şəbəkələrdə izləyicilər haqqımda yazırlar ki, "Özü Bakıdan rayona gəlir, amma rayonda qalanları tənqid edir". Rayona gəlməyə heç zamanım da yoxdur. Rayona istirahətə gedirəm, yaşamağa yox. Bir həftə dincəlib, sonra yenidən qayıdıram Bakıya. Rayona istirahətə gedirəm, kişi axtarmağa yox. Azərbaycanı bölgələrə bölməmişəm, bölmərəm də. Hər zaman deyirəm ki, mən azərbaycanlıyam. Hər bir bölgəmizə də hörmətim var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





