Şou-biznes

Leyla Quliyeva həyat yoldaşı ilə olan görüntülərindən danışdı

24 İyul 2022 03:04
1 Şərh     Baxış: 2 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Leyla Quliyeva həyat yoldaşı Abbas Quliyevlə yayılan görüntülərindən danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, birlikdə Xalq artisti Miri Yusifin konsertinə gedən cütlüyün görüntüləri mediada paylaşılmışdı. "10-da görüşək" proqramında qonaq olan aparıcı bunla bağlı sualı cavablandırarkən bunları deyib:

"Məşhur filmimizdə deyir ki, mənim ixtiyarım yoxdur ayda bir dəfə arvadımla bazara gedim? Durduq ailəvi gəldik Miri Yusifin konsertinə. Bunun yayımlanmasının heç bir qəbahəti yoxdur. Amma baxır necə, hansı rakursdan? Əyləşmişik, oturub konsertə baxırıq, deyib-gülürük. Konsertin də konsert davranışı var. Bu, rəsmi qəbul, ziyafət, dini ritual icra olunan yer deyil. Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə" başlığı da var. Səliqəlidir. Yanlış ifadə edənlərə etirazımı bildirdim. Oxunsun deyə elə başlıq qoyurlar ki, adam infarkt keçirir ki, görəsən, nə oldu?".

Qeyd edək ki, cütlüyün iki övladı var. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.