Şou-biznes

Seda Sayan və özündən 25 yaş kiçik həyat yoldaşından bitməyən bal ayı - FOTO

23 İyul 2022 12:52
1 Şərh     Baxış: 2 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur sənətçisi Seda Sayan və özündən 25 yaş balaca həyat yoldaşı Çağlar Ökten bal ayı üçün bu dəfə Yunanıstana yollanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar Yunanıstandan fotoları sosial şəbəkə hesablarında paylaşıblar.

Sedanın fotosunu paylaşan Çağlar "O gülüşün heç əskik olmasın, gül üzlüm" şərhini əlavə edib.

Fotolarda Sedanın üzündəki dəyişiklik isə izləyicilərin diqqətindən qaçmayıb. Onlar müğənnini tanımaqda çətinlik çəkiblər.

Qeyd edək ki, bu Seda Sayanın yeddinci evliliyidir. Cütlüyün mayın 7-də Praqada keçirilməsi planlaşdırılan toyu viza ilə bağlı yaşanan problemlərə görə 24 aprel tarixində İstanbulda baş tutub.

Sözügedən paylaşımı təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.