Şou-biznes

Cennifer Lopez və Ben Afflek gizli evləndilər

18 İyul 2022 11:45
0 Şərh     Baxış: 1 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cennifer Lopez və Ben Afflek gizli şəkildə evləniblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə xarici media mövcud məhkəmə sənədlərinə istinadən xəbər yayıb.

Məlumata görə, cütlük Nevada ştatının Klark dairəsindəki məhkəmədən nikah şəhadətnaməsi alıb. Burada həyat yoldaşlarının rəsmi adları var - Benjamin Qeza Afflek və Cennifer Linn Lopez.

Evlilik faktını cütlüyə yaxın mənbə də təsdiqləyib.

Bundan əvvəl Cennifer Lopezin barmağında nişan üzüyü görünüb - müğənni 14 yaşlı qızı Emma ilə mebel mağazasında alış-veriş edərkən paparassilər onun şəklini çəkə biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.