Sevgili olduqları açıqlanan İsmail Hacıoğlu və Aslıhan Gürbüzlə bağlı maraqlı fakt üzə çıxıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, məlum olub ki, Aslıhan İsmailin keçmiş xanımı Vildan Ataseverlə rəfiqə olub.
Aktrisalar "Muhteşem Yüzyıl: Kösem" serialında birgə rol alıblar. Onların sosial şəbəkə hesablarında birlikdə çəkilən fotoları da qalmaqdadır.
Qeyd edək ki, Vildanla İsmail 2010-cu ildə evlənib, 2015-ci ildə boşanıblar. İsmail daha sonra Duygu Kaya Kumarki ilə nikah bağlayıb, cütlüyün bir qız övladı dünyaya gəlib. Vildan isə hazırda müğənni Mehmet Erdemlə evlidir.
Milli.Az