Rəfiqəsinin keçmiş əri ilə sevgili olubmuş... - FOTO

30 İyun 2022 09:45

Sevgili olduqları açıqlanan İsmail Hacıoğlu və Aslıhan Gürbüzlə bağlı maraqlı fakt üzə çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, məlum olub ki, Aslıhan İsmailin keçmiş xanımı Vildan Ataseverlə rəfiqə olub.

Aktrisalar "Muhteşem Yüzyıl: Kösem" serialında birgə rol alıblar. Onların sosial şəbəkə hesablarında birlikdə çəkilən fotoları da qalmaqdadır.

Qeyd edək ki, Vildanla İsmail 2010-cu ildə evlənib, 2015-ci ildə boşanıblar. İsmail daha sonra Duygu Kaya Kumarki ilə nikah bağlayıb, cütlüyün bir qız övladı dünyaya gəlib. Vildan isə hazırda müğənni Mehmet Erdemlə evlidir.

Milli.Az