Şou-biznes

Tatlısəs qızını səhnəyə çıxarmaq üçün pul təklif etdi

27 İyun 2022 09:07
0 Şərh     Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəsin ünvanına dediyi sözlərlə gündəmə gələn müğənni İbrahim Tatlısəs bu dəfə məkanların birində verdiyi konsertdə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçını izləməyə gələnlər arasında keçmiş həyat yoldaşı Ayşegül Yıldız və qızı Elif Ada Tatlısəs də yer alıb. 

İbrahim qızını səhnəyə çıxartmağa çalışıb. Tatlısəs qızını nə qədər çağırsa da, o, utandığını deyib və səhnəyə çıxmayıb. 

Müğənni isə "Gəl, pul verəcəm. 100 lirə verəcəm... 200, 300... " sözlərini söyləyib. Elif isə utandığı üçün, anasına qısılıb və ona cavab verməyib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.