Şou-biznes

Rus aktyor yazara özünü Zelenski kimi təqdim etdi

25 İyun 2022 11:37
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı komediya aktyorları dünyaca məşhur yazar Coan Roulinqi aldadıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Ukraynaya dəstək üçün onlayn konfransa qatılan Coan sözügedən ölkənin Prezidenti Volodimir Zelenski ilə danışdığını düşünüb.

Belə ki, komediyaçılar Vovan və Lexusdan biri Roulinqi aldatmağı bacarıb. Onlar Zelenskinin adı ilə danışmağa başlayıblar.

"Harry Potter" seriyasının müəllifindən filmdəki "Z" işarəsini dəyişməyini, çünki bundan rus əsgərlərinin istifadə etdiyini deyib. Coan bunun şimşəyi təmsil etdiyini, dəyişmək üçün cəhd edəcəyini söyləyib.

Filmdəki "Avada Kedevra" sözlərinin də çıxarılmasını, çünki bunun raketlərə yazılacağını bildirən komediya aktyoru yazıçı ilə 12 dəqiqə Zelenski kimi danışıb.

C. Roulinqin köməkçisi onun konfransa Ukraynaya yardım üçün qoşulduğunu, bunun pis zarafat olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.