Şou-biznes

"Allah vergisi olanların musiqisi tez ruha yatır"

25 İyun 2022 03:22
0 Şərh     Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Konsevatoriya qurtarıb məcbur notlar üzərində öyrənənlər var. Bəzi insan var ki, Allah tərəfindən ona istedad verilib. Allah tərəfindən verilən, yoxsa konservatoriya tərəfindən verilən yaxşıdır? Demirəm, savadsız olun. Amma konservatoriyada təhsil alıb, not bilənlərdən çox bu gün Allah vergisi olanların musiqisi tez ruha yatır. Yaradıcı və yaradıcı olmayan sənətkarlar var. Mən yarada bilmirəm, bir sətir söz yaza bilmirəm". 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" proqramında deyib. Xanəndə ali təhsilin önəmsiz olduğunu vurğulayıb. O, mərhum bəstəkar Bəhram Nəsibovun yaradıcılığından bəhs edib:

"Orda burda yaltaqlanıb özlərini ortaya atırlar. Arxadakına imkan vermirlər. İndi bizdə sənətdə belə şeylər var. Görün Allah nə etdi: həmin insanı qabağa getməyə qoymayanların, ruhu, qohumları, nəslinin acığına gətirdi belə qabağa çəkdi. Bu gün biz hamımız Bəhram Nəsibovun mahnılarını oxuyuruq.".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.