Şou-biznes

"Daha toylara getməyəcəm"

23 İyun 2022 16:07
1 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazim Pişiyari səhnə fəaliyyətinə son qoymağı planlaşdırır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "10-da görüşək" proqramında deyib. O, yaxın illər ərzində verilişlərə və toy mərasimlərinə getməyəcəyini bildirib: 

"Hesab edirəm, səhnədən getmək vaxtı yaxınlaşır. Düşünmürəm ki, 80 yaşına qədər oxumaq lazımdır. Bunu yalnız özümə şamil edirəm, subyektiv fikrimdir. Stop deməyi də insan bacarmalıdır. Təxmini 5 ildən sonra öz fəaliyyətimi dayandıracağam. Toy şənliklərinə isə daha getməyəcəm".

Qeyd edək ki, Nazim Pişiyarinin 53 yaşı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.