Şou-biznes

“Efirə çıxmaq üçün pul istəmərəm”

17 İyun 2022 14:15
0 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan efir üçün qonorar tələb edilməsi barədə mövzuya münasibət bildirib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, pop ulduz bu barədə "Həmin Zaur" proqramına qonaq olarkən deyib.  Röya bildirib ki, özü belə bir addım atmaq niyyətində deyil:

"Efirə çıxmaq üçün televiziyalardan pul istəmərəm. Sadəcə olaraq çıxmaram. Mən zatən belə edirəm. Üç il qabaq bu proqramda qonaq olmuşam. Əlbəttə ki, bayram və özəl günlərdə orkestrlə canlı konsert tələb etsəz, o zaman hər kəsin pulunu ödəmək lazımdır. 

Biz Rast qrupu ilə belə bir şey etmişdik. Amma sizdən pul istəmədim, onların ödənişini özüm etdim".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.