Məşhur türkiyəli Nur Fettahoğlu keçmiş həyat yoldaşı, biznesmen Levent Veziroğlu ilə görüntülənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün Etilerdə obyektivlərə tuş gələn aktrisa üzünü kameralardan gizlətməyə çalışıb. Lakin onun gözünün altında göyərmə olduğu obyektivlərdən yayınmayıb. Nur daha sonra eynək taxsa da yara izi yenə də aydın seçilib.
Aktrisa məsələ ilə bağlı qısa açıqlama verərək yıxıldığını bildirib. O, eks-əri ilə birlikdə kofe içməyini isə qızı ilə əlaqədar olduğunu deyib.
Milli.Az