Şou-biznes

Azərbaycanlı müğənni oğlunun yaşını demək istəmədi

8 İyun 2022 12:22
4 Şərh     Baxış: 2 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oğlumun yaşını deməyim. Uşaqlar haqda danışmaq istəmirəm. Cavan görünmək istəyirəm".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Səhər mərkəzi" proqramında müğənni Rahidə Baxışova deyib.

O, uşaqlarından danışmaq istəmədiyini bildirib:

"Mən haqqımda yazılanlara baxıram ki, deyirlər, bu təvəllüddə dünyaya gəlib. Bunu mən söyləmişəm. Fikirləşirəm ki, niyə demişəm? Qadının həyatında bir an var ki, yaşını kiminsə bilməyini istəmir. Mənim də bir tanışım var idi, yaşını göstərmirdi. Hər il ad günündə ondan soruşurdum ki, yaşınız neçədir? Hər dəfə fərqli bir rəqəm deyirdi. Bir dəfə onunla anamı Türkiyəyə gəzməyə apardım. Pasportunda baxdım ki, 1941-ci ildən imiş".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.