Şou-biznes

Övladını itirən xalq artisti - "Bu haqda danışmaq istəmirəm"

8 İyun 2022 16:07
0 Şərh     Baxış: 2 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər bir dərdə, çətinliyə, dözmək olar. Amma övlad itkisinə dözmək çox ağırdır. Allah heç bir ananı övladı ilə imtahana çəkib, gözüyaşlı qoymasın. Çünki bunları mən yaşamışam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova qonaq olduğu "Bizimləsən" proqramında deyib. Aktrisa yaşadığı çətinliklərdən danışıb:

"Nə qədər əməliyyatlar keçirtmişəm. Başıma min müsibət gəlib, amma televiziya vasitəsi ilə heç kimdən nəsə istəməmişəm. O qədər problemlərim var ki... Problemlər üçün buraya çıxmamışam. Hər zaman tamaşaçılara gülüş bəxş eləmişəm. İstəmirəm ki, içimdəkilərin cüzi hissəsini belə tamaşaçılar hiss eləsin".

Aparıcı Zaur Baxşəliyevin "Siz oğlan övladınızı itirmisiniz" sualına F.Mahmudova belə cavab verib:

"Bu haqda danışmaq istəmirəm. Mən o əzabı çəkmişəm. Ömrümboyu da o əzabı çəkəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.