12:32
"Barselona"nın müdafiəçisi Jerar Pikenin Şakiraya kiminlə xəyanət etdiyi ortaya çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniya mətbuatı təcrübəli futbolçunun komanda yoldaşı Gavinin anası ilə münasibətləri olduğunu yazıb.
Bildirilib ki, təcrübəli futbolçunun 17 yaşlı yarımmüdafiəçinin anası ilə uzun müddətdir ki, sevgi münasibəti var imiş. Məhz bunu öyrənən Şakira ondan ayrılmaq haqqında qərar verib.
-------
10:52
Məşhur futbolçu Jerar Pike və tanınmış müğənni Şakira ayrılıb.
İfaçı "Barselona"nın müdafiəçisinin onu başqa qadınla aldatdığını öyrənib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda Pike artıq bir neçə həftədir ki, köhnə mənzilində tək yaşayır.
Bildirilir ki, futbolçu tez-tez gecə klublarına gedir və digər qadınlarla əylənir.
O, səhər saatlarında "Barsa" ilə məşq etməli olmasına baxmayaraq, gecə saat 2-3-ə kimi vaxtını şənliklərdə keçirir.
Qeyd edək ki, Pike və Şakira 2011-ci ildən yaxın münasibətdədirlər, lakin rəsmi nikahda olmayıblar. Cütlüyün iki övladı var.
Milli.Az