Şou-biznes

Erotik səhnəyə çəkildiyi üçün qınanan aktrisa: “Nəyə görə özümü təmizə çıxarmalıyam?” - VİDEO

2 İyun 2022 15:00
3 Şərh     Baxış: 2 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Məni sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz. Mən buna icazə vermərəm".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova MTV-də yayımlanan "Üzə-düz" verilişində qonaq olarkən deyib.

Rejissor Yavər Rzayevin ərsəyə gətirdiyi "İlahi məxluq" filmindəki qalmaqala səbəb olan səhnədən danışan Zeynalova həmin illər sənətindən küsdüyünü qeyd edib:

"Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Sizin içinizdə olan müxtəlif obrazlar var ki, mən onu sizə yenidən göstərirəm. Bəyənmirsinizsə, bu sizsiniz də. Bu mən deyiləm".

Aktrisa əkiz qızlarına qoyduğu qadağalardan da söz açıb:

"Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki. Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim ki, yox belə yaxşıdır. İndi fikirləşirəm ki, müəyyən işlərdə bəlkə də, mən onları çox sıxmışam. Gərək bir az daha çox azadlıq verərdim.İndi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxt qız baxır. Təbii ki, istəmişəm oğlum da olsun amma taleyin qisməti".

Ətraflı süjtedə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.