Şou-biznes

"İlqarə çalışırdı ki, anasının adı yanında hallanmasın” - VİDEO

1 İyun 2022 19:07
0 Şərh     Baxış: 1 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımova "7 özəl" proqramında şou-biznesin ən yaxşı anaları sırasında onu 7-ci pilləyə layiq görən Ayan Babakişiyevaya cavab verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sosial media hesabında "Qızım" mahnısını paylaşıb və bu sözləri yazıb:

"Mənə çox doğma və yaradıcılığımda xüsusi bir yeri olan əsərdir. Özəl olaraq yenidən sevənlərimin istəyi ilə səsləndirdim".

Qeyd edək ki, A.Babakişiyeva Kazımova barədə bu sözləri səsləndirmişdi:

"Aygün Kazımovanın həyatda ən çox sevdiyi bir şey varsa, o da səhnədir, sənətidir. Mən onu sənət fədaisi bilirəm. Deyərdim ki, İlqarə həm də anasız böyüyüb. Bəlkə səhv bilirəm, amma onu görürəm. İlqarə də müğənnilik fəaliyyətinə başlayanda çalışırdı ki, anasının adı yanında hallanmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.