Şou-biznes

"İstəsəm 20 min verib Röyanı ad günümə gətirərəm"- Şəbnəm Tovuzlu - VİDEO

1 İyun 2022 12:07
5 Şərh     Baxış: 2 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyatımda ilk dəfə 35 yaşımı böyük keçirmişəm. Sənət dostlarım gəldi. Amma arzum olmayıb ki, kimisə özəl çağırım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" proqramında deyib. Sənətçi aparıcı Zaur Kamalın "İstəməmisən ad gününə Röya və ya Aygün Kazımova gəlsin? Arzu etsən gələcəklər ki? Xahiş etsən də gəlməzlər" sözlərinə belə cavab verib:

"Arzu etməmişəm. Hamısına hörmət edirəm. Xahiş etsəm gələrlər. Sənət dostu kimi başqa yolu da var. Münasib qiymət var. Belə şeyə əlimi qısan deyiləm. İstəsəm, Röya xanıma 20 min verərəm ad günümə gələr. Onu çox sevirəm".

Şəbnəm qızının toyuna türkiyəli müğənni Sivel Canı çağırmaq istədiyini açıqlayıb:

"Uşaqlığımından onu sevirəm. Tək arzum onu qızımın toyuna gətirməkdir. 100 min istəsə də verəcəm və gətirəcəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.