Şou-biznes

“Hər gün gözümü həyata sağlam açıramsa, ailə uşağımı görürəmsə...”- Əməkdar artist

30 May 2022 12:15
0 Şərh     Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təbrikiniz üçün çox sağ olun. Mən hələ də şəhid və qazilərimizə görə ad günü keçirmirəm. Otuz illiyimi Əməkdar artist fəxri adı almağımla birlikdə qeyd etdim. Onu da təntənəli keçirdim və böyük sənətkarlarımızı məclisə dəvət etmişdim"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Babək Niftəliyev deyib. Xanəndə qarşıda görəcəyi işlərindən də danışıb:

"Bu gün də otuz yeddi yaşım tamam olur. İnanırsınız ki, ad günü keçirmirəm deyə heç yaşımın da fərqinə varmıram. Allahımdan çox razıyam, hər gün gözümü həyata sağlam açıramsa, ailə uşağımı görürəmsə, yaşayıramsa, mənim üçün bu ad günüdür. Hələ ki, doğulduğum Kəlbəcər rayonuna getməmişəm, amma inşallah iyun-iyul ayında getməyi planlaşdırıram. Yaradıcılığım da şükür yaxşıdır, Asəf Zeynallı adına musiqi kollecində dərs deyirəm, tələbələrimizlə işləyirəm. Diqqətiniz üçün hamınıza təşəkkürümü bildirirəm". 

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci il mayın 29-da Kəlbəcərdə anadan olub. O Sərdar Bağırovdan, Məmmədbağır Bağırzadədən və Xalq artisti Canəli Əkbərovdan dərs alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.