Şou-biznes

Nadirdən Elzaya “dəstək”: "3 aydır bir yerdən gəlirimiz yoxdur"

19 May 2022 12:52
2 Şərh     Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə Əməkdar artist Elza Seyidcahanın efirə çıxıb xalqdan dəstək istəməsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi qaynarinfo-ya açıqlamasında deyib ki, indi sənət adamlarının özlərinə dəstək lazımdır:

"Bu saat bütün sənət adamları dəstək gözləyir. Bizim hər birimizə dəstək lazımdır. Bizim hər birimiz mövsümlü işləyən adamlarıq. Üç aydır oturmuşuq, bir yedən gəlirimiz yoxdur. İndi gözləyirik ki, bu bir ay ərzində dəvət aldığımız toyu oxuyub, onunla dolanaq. Qarşıdan məhərrəmlik ayı gəlir, iki ay iş olmayacaq. Ona görə bizim özümüzə dəstək lazımdır, Allah hər birimizə kömək olsun".

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə gələrək xalqdan və dövlətdən yardım istəyib. Sənətçi efirə çıxaraq öz mülkünə sahiblənmək üçün 65 min manat pulun lazım olduğunu deyib. 

Xatırladaq ki, illər öncə "ELİT SRC GROUP" MMC müğənni-bəstəkar Elza Seyidcahan ailəsinə məxsus obyekti icarəyə götürüb. Zamanla tərəflər arasında mübahisə yaranıb. Məhkəməyə qədər gedən mübahisədə qarşı tərəfdən 58797 manat pul alınaraq "ELİT SRC GROUP" MMC-yə verilməsi ilə bağlı qərar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.