Şou-biznes

Bekhemin qızını oğurlamaq istədilər

17 May 2022 18:42
0 Şərh     Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem və həyat yoldaşı, britaniyalı modelyer Viktoriya Bekhemin qızı Harper təhlükəylə üzləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, kimliyi məlum olmayan bir qadın cütlüyün qızının təhsil aldığı məktəbə gəlib və Harperlə görüşmək istədiyini deyib. Qadın uşağın onun qızı olduğunu sübut etməyə çalışıb. O, Devid Bekhemlə uzun illər cinsi əlaqədə olduğunu iddia edib.

Hadisədən sonra qadın mayın 12-dək keçirilməsi nəzərdə tutulan məhkəməyə qədər xəstəxanaya yerləşdirilib.

Devid Bekhem isə məsələ ilə bağlı açıqlama verərək həmin xanımı tanımadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.