Şou-biznes

Məşhur yazar: “Azərbaycanın haqqını yedilər”

15 May 2022 19:30
2 Şərh     Baxış: 1 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Harri Potter" kitabının müəllifi Coan Roulinq sosial şəbəkədə "Avroviziya 2022" mahnı müsabiqəsinin nəticələri ilə bağlı paylaşımlar edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, o, tvitter hesabında Azərbaycanın yarışmadakı çıxışına da toxunub. Ölkəmizi daha ön pillərdə görən yazıçı "Azərbaycanın haqqını yedilər" şərhini yazıb.

Qeyd edək ki, "Avroviziya" mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problemlər yaşanıb. Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, Martin açıqlayaraq ölkəmizin 12 xalı Böyük Britaniyaya verdiyini bildirib. N.Salmanova isə "Sabaha saxlamayaq" verilişində Azərbaycanın həmin xalı əslində Ukraynaya göndərdiyini vurğulayıb.

Yarışmanın qalibi isə "Stefania" mahnısı ilə Ukraynanın "Kaluş" qrupu olub. Ölkəmizi "Avroviziya 2022"də təmsil edən Nadir Rüstəmli isə "Fade to black" mahnısı ilə 106 xal toplayaraq 16-cı sırada qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.