Şou-biznes

"Kiməsə görə kimləsə münasibət pozan deyiləm"

5 May 2022 14:00
0 Şərh     Baxış: 1 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dostlarım bilir ki, kiməsə görə kimləsə münasibət pozan deyiləm. Sevmirəm desinlər ki, filankəslə danışmıram, sən də danışma. Mənə maraqlı olmayan insanları verilişimə çağırmıram. Şükür ki, rəhbərlik də bu işlərə qarışmır. Bir-iki dəfə təklif olunub ki, həmin insanları verilişimə çəkim. Amma mən istəməmişəm, bunu da anlayıblar. Məni heç kim məcbur edə bilməz".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova "Tarixin bir günü" proqramında deyib. O, müğənni Təranə Qumral və Musa Musayevin onları efirə çağırmaması məsələsinə münasibət bildirib. 

Aytəkin Təranənin "İllərdir məni verilişə çağırmır. Çünki Nazəninlə dostdur və onun tapşırığı ilə etmir" sözlərinə belə cavab verib:

"Sənətdə digər dostlarım da var. Ən yaxın dostum Xumar Qədimovadır. O belə indiyənə kimi mənə kiminsə adını çəkib, nəsə deməyib".

Qeyd edək ki, Aytəkin "Bağ havası" və "Evdəkilərə salam" verilişlərinə aparıcılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.