Şou-biznes

Xalq artisti buna görə ad gününü qeyd etməyəcək

2 May 2022 17:45
0 Şərh     Baxış: 1 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün 45 yaşı tamam olan Xalq artisti Yusif Eyvazov müharibə ilə əlaqədar özəl gününü qeyd etməyəcəyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında qeyd edib.

"Düşünürəm ki, bir şeyi qeyd etmək üçün bayram əhval-ruhiyyəsi, xoşbəxt hiss etmək və ətrafınızda çoxlu şən insanlar görmək lazımdır.

Təəssüf ki, bu, hazırda mümkün deyil. Tək istəyim sülh, övladlarımızın xoşbəxt bir zamanda yaşaya bilməsi, insanların bir-birinə hörmət, anlayışla yanaşmasıdır. Bunun baş verməsi üçün hər birimiz özümüzdən başlamalıyıq...." deyə Y.Eyvazov yazıb.

İfaçı özəl günündə yeni mahnısı - "Посмеёмся до слёз"u təqdim edib.

Qeyd edək ki, Yusif Ukraynadakı müharibəni pislədikdən sonra bir neçə sanksiya ilə üzləşməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.