Şou-biznes

"Kaş ki, ərim sağ olaydı, yenə məni döyərdi" -VİDEO

2 May 2022 10:05
7 Şərh     Baxış: 2 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şairə Cığatel İsaqızı "7 canlı" proqramında qalmaqala səbəb olan "Ərim məni döydü, dedim, əllərinə qurban olum" ifadəsindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşının sağ olmasını, onu yenidən döyməsini arzulayıb:

"Kaş ki, sağ olaydı, yenə döyərdi məni. Mən də deyirəm ki, qısqanclıqdan, sevgidən qurtulmaq üçün istəyirdim məni döysün. Deyim, əllərinə qurban olum. Yaxşı etmisiz yazmısınız, qıraq adam deyildi, öz dəli kimi sevdiyim həyat yoldaşım idi. Allaha and olsun döyməyin də gözəli olur. Ailədir, içində acısı da, şirini də var. Zarafatdır, içində bir gerçəklik də olur. Mən qısqanc idim. Qohumlar qınayırdı ki, sənət adamısan, qoy, o səni qısqansın. Küsürdüm, ağlayırdım ki, məni qısqan. Mənim bütün işim tərsinədir. Sevgiyə, dostluğa müqəddəs gözlə baxıram. İndi çoxu bilmir sevmək nədir. Sevgini yaşamaq lazımdır. İndiki cavanlar başqadır. Gec cavab verdi, bitdi, deyirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.