Şou-biznes

71 yaşlı reper evsiz adamı öldürməkdə təqsirli bilinir

7 Aprel 2022 18:18
0 Şərh     Baxış: 948
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2017-ci ildə törədilən qətldə ittiham olunan 71 yaşlı hip-hop ifaçısı The Kidd Creole ilə bağlı qərar qəbul olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "TMZ"nin məlumatına görə, Nyu-York Ali Məhkəməsi reperin bu addımı qəsdən atdığı qənaətinə gələrək evsiz şəxsi bıçaqlamaqda təqsirli bilib.

Belə ki, 4 ildən sonra hadisənin təfərrüatları ortaya çıxıb. Məlum olub ki, Kidd sözügedən şəxsə iki bıçaq zərbəsi vurub. O, daha sonra bıçağı "Bronx" metro stansiyası yaxınlığındakı kanalizasiyaya atıb. Öldürülən şəxsin 55 yaşı olub.

Reperlə bağlı hökm mayın 4-də elan olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.