Şou-biznes

Ayan Babakişiyeva: "Həyatıma daxil olacaq insanın gəliri önəmlidir" - VİDEO

4 Aprel 2022 04:28
5 Şərh     Baxış: 3 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnstaqramda çox sevgi mesajı yazırlar. Gündə 3-4 dəfə onları silirəm. Mən isə realist insanam. Onun varlığını hiss etməliyəm. Yəni bilməliyəm kimdir, işi-gücü nədir".

Milli.Az OLAY-a istinadən yazır ki, bu sözləri "MTV Mqazin"ə açıqlamasında müğənnİ Ayan Babakişiyeva deyib.

O bildirib ki, həyatına daxil olacağı insanın gəliri önəmlidir:

"Aylıq gəlir nədir? Günlük qazanc... Hər zaman demişəm və çəkinmirəm bu həyatda pul sənin gücündür, səsindir, statusundur və səviyyəndir. Kim deyrisə ki, pulum olmasa da, hüzurum olsun, yalan danışır. Məsələn, mənim başım ağrıyır, həkimə getməliyəm. Pulum yoxdursa, necə gedim? Mən hər zaman deyirəm ki, ay Allah pulum olsun. Əgər mən özümə xırda da olsa, bizneslər qurmuşamsa, ayaqda dura bilirəmsə, həyatımdakı insan da məndən yuxarıda olmalıdır. Mənə yük olmamalıdır. Əslində belə deyəndə qıcıqlanırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.