Şou-biznes

"Səsi sığortalamaq olmaz, Cennifer isə..."- Cavanşir Məmmədov

2 Aprel 2022 14:12
1 Şərh     Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Cavanşir Məmmədov səsini sığortalayan məşhurları tənqid edib.

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən müğənni bildirib ki, bu, çox mənasız və real olmayan addımdır:

"Deyirlər, səsi sığortalatmaq... Səsin harasını sığortalayacaqsan? Elə bir şey mümkün deyil. Toydan beh alaram, xəstə olaram gedib oxuya bilmərəm. Bir də var, səs kökündən kəsilir. Tarkan səsini sığortalayıb? Heç bir həkim bu işə girə bilməz. Amma Cennifer Lopes bir yerini sığortalayıb. Gedib canını sığortalayıb. Harasın sığortalayıb, bu da məlumdur. Səs sığortalana bilməz. Bu dəqiqə desinlər Akif İslamazadənin səsini qaytara bilərlər... 10 milyon yığaq verək qaytarsınlar. Səsin nəyin sığortalayırlar?  Azərbaycanda milyona qədər müğənni var. Hansı Rəşid Behbudov, Hüseynağa Hadıyev, Akif İslamzadədir?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.