Şou-biznes

Elgiz qonşusundan üzr istədi - Səbəb

31 Mart 2022 19:12
0 Şərh     Baxış: 1 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Elgiz Əkbər oğurluqda ittiham etdiyi qonşusundan üzr istəyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bağında olan oğurluğa görə qonşusunu polisə verib. O bildirib ki, araşdırmada oğrunun başqası olduğu ortaya çıxıb:

"Üzürxahlıq etmək istəyirəm. Bağımdan oğurluq olmuşdu. Oğru balaca bir yerdən girib, pəncərəni balaca açıq saxlamışdıq. Qonşum boynuna alıb ki, oğruyam. Həmin qonşu ondan əvvəl də həyətimdən oğurluq etmişdi. Hovuzun suyunu açmaq üçün krant almışdım. Zülmlə sifariş etmişəm, tapıb gətiriblər. Keçib həyətimə, onu açıb götürüb və dəmirsatanlara kiloqramla satıb. Necə əsəbiləşdim, amma keçdim. Öyrəndim ki, qonşuların toyuqlarını, soyuducudan yeməklərini aparıb.

Evim də soyulanda polis soruşdu kimdən şübhələnirsən? Dedim, həmin qonşudan. Təsəvvür edin pəncərədən girib, amma çıxa bilməyib. Divarı söküb, mənə nə qədər ziyan vurub. Polis gəldi, axtardı, amma nəticədə başqa adam çıxdı. Mənim evimdən əlavə 15 bağa girib. Hərə öz malını götürdü".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.