Ukraynanın Əməkdar artisti Svetlana Loboda avtomobilini Ukrayna ordusuna bağışlayıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Borispol meri Volodimir Borisenko məlumat yayıb. O, həmçinin Lobodanın 1,5 milyon qriven (təxminən 87 min manat) məbləğində lazımi avadanlıqların alınmasına ödədiyini vurğulayıb:
"Bundan sonra mən onu əsl ukraynalı hesab edirəm, bizim üçün müdafiəyə istifadə edəcəyimiz maşın verdi. Və o, gülləkeçirməz jiletlər və turniketlərin alınması üçün 1,5 milyon qrivendən çox pul ayırdı".
Milli.Az