Əməkdar artist Ukrayna ordusuna maşın bağışladı

31 Mart 2022 14:00

Ukraynanın Əməkdar artisti Svetlana Loboda avtomobilini Ukrayna ordusuna bağışlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Borispol meri Volodimir Borisenko məlumat yayıb. O, həmçinin Lobodanın 1,5 milyon qriven (təxminən 87 min manat) məbləğində lazımi avadanlıqların alınmasına ödədiyini vurğulayıb:

"Bundan sonra mən onu əsl ukraynalı hesab edirəm, bizim üçün müdafiəyə istifadə edəcəyimiz maşın verdi. Və o, gülləkeçirməz jiletlər və turniketlərin alınması üçün 1,5 milyon qrivendən çox pul ayırdı".

Milli.Az