Şou-biznes

"Uşaqlıq şəkillərimizi həmişə özümlə gəzdirirəm" - Nəsrin - FOTO

23 Mart 2022 11:48
2 Şərh     Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Vogue" jurnalına müsahibəsində çantasında daima daşıdığı əşyaları təqdim edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın çantasına maraq oyadan əşyalardan biri isə nişanlısı aktyor Gökhan Alkanla uşaqlıq fotolarının olduğu medalyon olub. Nəsrinin sözlərinə görə, bunu ona Gökhan hədiyyə edib:

"Bunu həmişə özümlə gəzdirirəm, sevgilim hədiyyə edib. "Nə vaxt fikirlərimiz üst-üstə düşməsə, buradakı hallarımıza bax və bizi bağışla" demişdi. Bu bizim uşaqlıq fotolarımızdır". 

Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb. Nəsrin Gökhanın evlilik təklifinə "hə" cavabını verib. Cütlük yayda toy etməyi planlaşdırır.

Nəsrin hazırda "Üç Kuruş" serialında "Bahar" obrazını canlandırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.