Müğənni Elşad Qarayev həyat yoldaşı Xalidə xanımdan üzr istəyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "1 dəqiqə" proqramında danışıb. O bildirib ki, 41 ildir ailəlidir və buna görə xanımına borcludur:
"Xətrinə dəymişəm, məni bağışla. Dahi insansan ki, mənim kimi xasiyyətli insana 41 ildir dözmüsən".
Müğənni daha sonra studiyada diz çökərək "Yalvarıram, bağışla məni" sözlərini söyləyib.
Milli.Az