Azərbaycanlı müğənni diz çöküb xanımından üzr istədi - VİDEO

19 Mart 2022 01:31

Müğənni Elşad Qarayev həyat yoldaşı Xalidə xanımdan üzr istəyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "1 dəqiqə" proqramında danışıb. O bildirib ki, 41 ildir ailəlidir və buna görə xanımına borcludur:

"Xətrinə dəymişəm, məni bağışla. Dahi insansan ki, mənim kimi xasiyyətli insana 41 ildir dözmüsən".

Müğənni daha sonra studiyada diz çökərək "Yalvarıram, bağışla məni" sözlərini söyləyib. 

Milli.Az