Şou-biznes

Tanınmış aktyoru aldadıb, pulunu əlindən aldılar

15 Mart 2022 20:00
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çocuklar duymasın" serialındakı "Çaycı Hüseyn" obrazı ilə məşhurlaşan Alparslan Özmol dələduzluğa məruz qalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial media hesabında göy işarə olması üçün 1000 lirə ödəsə də daha sonra həmin şəxs hesabın oğurlandığını iddia edib. O, hesabı bərpa etmək üçün Alparslandan daha 2 500 lirə istəyib. Bundan sonra şübhələnən aktyor polisə müraciət edib. 

Araşdırma nəticəsində həmin şəxsin Mersində yaşayan 20 yaşlı İbrahim Temiz olduğu müəyyən edilib. Onun barəsində prokurorluqda cinayət işi açılıb və sənədlər məhkəməyə təhvil verilib. Onun 6 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.