Şou-biznes

"Həm əsəbimiz, həm də benzindən gedir" - Əməkdar artist əsəbiləşdi

15 Mart 2022 19:12
0 Şərh     Baxış: 1 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Əkbər Əlizadə tıxacdan gileylənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor hər səhər Bayıl qəsəbəsindən gələrkən Dənizkənarı park yanındakı yolda tıxac olduğunu vurğulayıb. Həmin anın görüntüsünü paylaşan Əlizadə bunları deyib:

"Hər gün bu yol bu gündədir. Nə səhər uşaqları dərsə aparmaq, nə də işə getmik olur. Bu yolu keçdinsə, sənə zaval yoxdur. Yarım saatlarla, neçə dəqiqələrlə gözləməli oluruq. Hər gün bu problemlə qarşılaşırıq. Həm vaxtımız, həm əsəbimiz, həm də benzindən gedir. Səlahiyyətli şəxslər bu məsələyə əncam çəkin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.