47 yaşlı məşhur dizayner Viktoriya Bekhem yeni çanta xəttini və 2022 Payız/Qış hazır geyim kolleksiyasını tanıtmaq üçün bu həftə Parisə səfər edib.
Milli.Az olay-a istinadən xəbər verir ki, enerjili görünüşü ilə diqqət çəkən britaniyalı modelyer adını daşıdığı brendindən olan yaşıl şalvar və pencəkdən istifadə edib.
Bu dəfə çantalar Viktoriya Bekhemın 2022-23 Payız/Qış kolleksiyasının diqqət mərkəzindədir.
Bildirək ki, Bekhem də yaxşı çanta seçməyi bilir. Viktoriyanın şəxsi kolleksiyası xüsusilə Hermès Birkin pərəstişkarlarının üst rəflərində ola bilər.
Milli.Az