Şou-biznes

"Əvvəlki Azərbaycan kişiləri necə olub. İndi fərqlidir" - Sevda

11 Mart 2022 18:24
2 Şərh     Baxış: 1 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ata-ana ayrı olan ailədə böyümüşəm. Hər zaman həsrətində olmuşam ki, ata olan ev necə olur? Deyirlər, qız övladı ananın bəxtini yaşayar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu szöləri müğənni Sevda Sanəliyeva "Səhər mərkəzi" proqramında deyib. Sənətçi ailəsinin dağılmasından bəhs edib. Sevda "Evdə son sözü kişi deməlidir" sözlərinə aydınlıq gətirib:

"Anamın bəxtini yaşadım. Çox istədim ailəmi saxlayım. Atasızlığın nə olduğunu bildiyim üçün uşaqlarıma onu yaşatmaq istəmədim. Amma həyatdır... Bizim evdə kişi oğlumdur. Nəyinsə qərarını verməzdən əvvəl oğlumla məsləhətləşirəm. Ona özünü evin kişisi kimi hiss etdirirəm, elə böyütmək istəyirəm. Əvvəlki Azərbaycan kişiləri necə olub. İndi fərqlidir. Mənə keçmişin adət-ənənəsi xoş gəlir".

Qeyd edək ki, Sevda iki dəfə ailəli olub və ayrılıb. İfaçının iki övladı var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.