Şou-biznes

"Океан Ельзи"nin rəhbəri orduya qoşuldu

7 Mart 2022 09:12
0 Şərh     Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı musiqiçi, "Океан Ельзи" qrupunun rəhbəri Svyatoslav Vakarçuk Rusiyanın hücum etdiyi Lvov şəhərinin müdafiəsi üçün orduya qoşulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Ukrayna mətbuatı xəbər yazıb.

"Ehtiyatda olan zabit, Lvovun fəxri vətəndaşı, musiqiçi və "Океан Ельзи" qrupunun rəhbəri Svyatoslav Vakarçuk Ukrayna müdafiəçilərinin döyüş dəstəsinə qoşulub. Bu gündən etibarən Lvov vilayətinin ərazi müdafiəsi çərçivəsində o, hərbi borcunu yerinə yetirməyə başlayır. Ona əsgər xoşbəxtliyi arzulayırıq. Qələbə bizim olacaq! Ukraynanı Allah qorusun" deyə, Lvov Regional İşə Qəbul və Sosial Dəstək Mərkəzinin rəhbəri Aleksandr Tişenko açıqlamasında qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.