Şou-biznes

“Qızım”ı əlimdən aldın” - Efirdə mahnı davası - VİDEO

5 Mart 2022 15:00
1 Şərh     Baxış: 1 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Vəfa Şərifovanın Cənubi azərbaycanlı həmkarı İman Zamanın  "Nazlı Qızım" mahnısını onun icazəsi olmadan oxuyub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu fakt "Həmin Zaur" proqramında ortaya çıxıb. Belə ki, Şərifova və İ. Zaman verilişdə birgə qonaq olub.

Vəfanı məhkəməyə verəcəyini söyləyən ifaçı bu məsələyə qəzəbləndiyini bildirib.

O, qeyd edib ki, Vəfanın meneceri ona yazsa da, ifa etməsinə qəti icazə verməyib:

"Mənə bildirdilər. Dedim ki, 20 min dollar da versələr, satmaram. Çünki satılıq deyil. Mənim qızımın adı Nazlıdır. İndi o sizin "əlinizdədir". Ona görə ki, o mahnı mənim qızım idi, yavaş-yavaş böyütmüşdüm. Siz isə əlimdən aldınız. İstəyirdim ki, bu mahnını Azərbaycana özüm gətirim. Həmin  ifanı hazırlayana qədər gecə-gündüz çalışmışam. "Google"də mahnını axtarışa verəndə mənim yox, onun adı gəlir. Mənə hörmət etməyib. Mahnının üstünə kölgə salıb".

V. Şərifova isə İman Zamanla əlaqə saxlamağa çalışdığını, lakin danışa bilmədiyini bildirib.

"O mahnı mənim yutub səhifəmdə yoxdur. Yükləməyə icazə vermədilər, yerləşdirmədik. Toyda oxumağa görə məhkəməyə verəcəksə, versin".

Daha sonra tərəflər arasında barışıq əldə olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.